UEFA “Qarabağ”ın kapitanından şikayətlə bağlı QƏRAR VERDİ

Xəbərin çap versiyası
Tarix: 17-08-2017, 18:08
UEFA “Qarabağ”ın kapitanından şikayətlə bağlı


UEFA Danimarka “Kopenhagen”inin “Qarabağ”ın futbolçusu Maksim Medvedevlə bağlı etdiyi şikayətə baxıb.

SİVİL.AZ xəbər verir ki, bu barədə “Kopenhagen” klubu məlumat yayıb.

Məlumata görə, etiraz məktubu əlavə əsaslandırma göstərilmədən rədd edilib.

Avropa futbol qurumu qərardan apellyasiyanın qeyri-mümkünlüyünü də diqqətə çatdırıb. Bu isə o deməkdir ki, Medvedev avqustun 23-də “Parken” stadionunda keçiriləcək cavab görüşündə də meydana çıxa biləcək.

Qeyd edək ki, “Kopenhagen” Bakıdakı görüşdə Maksim Medvedevin Pyer Benqtssonun sifətinə qəsdən zərbə endirdiyini iddia edərək, onun cəzalandırılmasını istəyirdi. (Report)

UEFA “Qarabağ”ın kapitanından şikayətlə bağlı


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz