Məçhur rejissor tələbə qıza təcavüz etdiyi üçün HƏBS OLUNDU

Xəbərin çap versiyası
Tarix: 18-08-2017, 15:30
Məçhur rejissor tələbə qıza təcavüz etdiyi üçün


"Leyla ilə Məcnun", "Medcezir", "Adını Feriha Koydum" seriallarının sənət rejissoru olan H.S. tələbə qıza təcavüz cinayətindən həbs edilib.

SİVİL.AZ bildirir ki, hadisə serial sektorunda böyük səs-küyə səbəb olub. 26 yaşlı tələbə qız H.B.G. məkanların birində H.S. ilə qarşılaşıb. Bir müddət söhbət etdikdən sonra rejissor ona "Telefonumun batareyası tükənib. Evim yaxındır, bizə gedək, sonra qayıdarıq" deyərək qızı mənzilinə aparıb. H.S. evdə H.B.G. ilə zorla cinsi əlaqədə olub.

Tələbə qız xəstəxanaya müraciət edərək arayış alıb və məhkəməyə şikayət ərizəsi yazıb.

Rejissor polisə müsahibəsində "Onun öz razılığı ilə əlaqədə olmuşuq. Məndən iri qızdır, zorla münasibətdə olmağım mümkün deyil" deyib. H.S. ifadəsi alındıqdan sonra "cinsi zorakılıq" cinayəti ilə həbs edilib. (axşam.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz