Toydan çıxıb evə gedən kişi kanalizasiya quyusuna düşdü - VİDEO
Tarix: 20-08-2017, 00:32
Şəkidə kanalizasiya quyusuna düşən Şəki sakini xilas edilib.
SİVİL.AZ ARB TV-yə istinadən xəbər verir ki, hadisə ötən gecə şəhərin Sarabski küçəsində baş verib.
1963-cü il təvəllüdlü Mahmudov Rizvan Ramazan oğlu toydan çıxıb evə gedərkən dərinliyi 6 metr olan quyuya düşüb. Onu çıxarmaq üçün ərazidə FHN-in xilasediciləri cəlb olunub.
Rizvan Mahmudov döş qəfəsinin qapalı travması diaqnozu ilə Şəki MRX-ya yerləşdirilib. Vəziyyəti qənaətbəxş hesab olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər