DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ

Xəbərin çap versiyası
Tarix: 24-08-2017, 13:52
DYP sürücülərə


Dövlət Yol Polisi tərəfindən respublika ərazisində yol hərəkəti qaydalarına əməl etməyən, qanunla müəyyən olunanan norma və prinsiplərə diqqətsiz yanaşan hərəkət iştirakçılarının müəyyən olunması diqqət mərkəzindədir.

SİVİL.AZ-ın xəbərinə görə, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin yaydığı müracitədə deyilir ki, çoxavazlı səs siqnalı, gursəsli səsboğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, xüsusilə ödənilməyən cərimələri olan nəqliyyat vasitələrinin müəyyən olunması istiqamətində fəaliyyətin təşkili genişləndirilməklə nəzarət daha da gücləndirilib.

Paytaxt yollarında nəqliyyatın intensiv hərəkətini təmini məqsədilə “Yol hərəkəti haqqında” Qanunla qadağan olunan yerlərdə avtomobilləri saxlayanlar bilməlidir ki, onların bu hərəkəti təkcə qanun pozuntusu yox, eyni zamanda digər sürücü və piyadaların təhlükəsizliyinə mane olmaqla bərabər yollarda sıxlıq yaradır, insanları ləngidir, vaxt itkisi yaradır.

Dayanmanı-durmanı, parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında, eləcə də yolun hərəkət hissəsində – ikinci cərgədə, avtobus dayanacaqlarında, yolların kəsişmə nöqtəsinə yaxın məsafədə, piyada səkilərində, zebralar üzərində saxlanılan avtomobillər evakuasiya edilir, həm də patrul xidməti maşınlarında quraşdırılan “bort” kompyuterlər vasitəsilə fotoları çəkilərək və hazırlanan fotomaterial üzrə protokol tərtib edilir.

Aparılan təhlil və araşdırmalar göstərir ki, cari ildə həyata keçiriLən kompleks profilaktik tədbirlər nəticəsində, insanların həyatının və sağlamlığının qorunması sahəsində də əvvəlki illərdə mövcud olan müsbət təmayüllər ümumən qorunub saxlanılıb. Lakin görülən tədbirlərə baxmayaraq, sürücülər arasında hələ də avtomaşını sərxoş halda idarə edən, parklanma qaydalarını pozan, avtoxuliqanlığa və intizamsızlığa meylli, yolu müəyyən olunmayan yerdən keçən piyadalara və cərimə borclarını ödəməyən sürücülərə rast gəlinir. Dövlət Yol Polisi tərəfindən barəsində cərimə protokolu olan sürücülər müyyən olunduqda, avtomaşının Müvəqqəti Mühafizə Olunan Duracağa qoyulması vətəndaş-polis arasında müəyyən fikir ayrılığı yaradır, vətəndaş özünü haqlı bilir, yolda hüquq tətbiq edən əməkdaşa qarşı tabesizlik nümayiş etdirir. “Məlumatım yoxdur”, “Ünvana bildiriş göndərilməyib”, “SMS çatmayıb” , “Xəbərsizəm”, “Ödəməyə gedirəm”, “Ödəyəcəyəm” bəhanələrlə izibati məsuliyyətdən yayınmağa çalışır. Lakin sürücü unudur ki, patrul avtomobillərində mövcud olan müasir avadanlıqlar – İ-Patrul sistemi ilə barəsində inzibati protokol, məhkəmə qərarı olan sürücülər dərhal müəyyən olunmaqla xəbərdarlıq edilir.

Bütün bunları nəzərə alaraq, diqqətə çatdırırıq ki, barəsində inzibati protokol tərtib olunan, cərimə balı olan, məhkəmə qərarı çıxarılan sürücülər barəsində qeyd-şərtsiz mübarizə tədbirlərimiz davam etdirilir. Hər bir sürücü səhlənkarlığa yol verməməli, yol qaydalarına əməl etməlidir ki, qanunvericiliyin tələbləri etibarlı mühafizə olunsun, inzibati məsuliyyətə səbəb olan hallar yaranmasın, qanunların aliliyi, tələblərin humansitliyi qorunsun.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz