"Atletiko Madrid"in baş məşqçisi: "Azərbaycan səfəri hamı üçün çətin keçəcək"

Xəbərin çap versiyası
Tarix: 25-08-2017, 17:08
"Atletiko Madrid"in baş məşqçisi:


“Roma” və “Çelsi” ilə yanaşı, bizim də qrupdan çıxmaq şansımız çox ola bilər. Amma Azərbaycan səfəri hamı üçün çətin keçəcək”.

SİVİL.AZ xəbər verir ki, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.

Argentinalı mütəxəssisin çalışdırdığı komanda Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”, “Roma” və “Qarabağ”la qarşılaşacaq.

Klubun saytına açıqlama verən Simeone püşkü dəyərləndirib. Azərbaycan səfərinin çətin keçəcəyini deyən təcrübəli məşqçi qrupdakı digər komandaları da tərifləyib: “Çelsi” ötən mövsümü əla keçirmiş komandadır. Çox yaxşı futbolçuları və baş məşqçisi var. O, daim özünü inkişaf etdirir, həmişə güclü rəqabət yaradır. “Roma” da sözünü demiş komandadır. Onlar çox yaxşı futbol oynayırlar və fantastik məşqçiyə sahibdirlər. Bu qrupda olduğumuz üçün şadıq”.

Qeyd edək ki, “Atletiko”nun “Qarabağ”la ilk oyunu oktyabrın 18-də Bakıda, növbəti görüşü isə həmin ayın 31-də Madriddə baş tutacaq. (apasport.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz