"Beşiktaş"ın prezidentinin azərbaycanlı sevgilisi kimdir? - FOTOLAR
Tarix: 26-08-2017, 16:07
Xəbər verdiyimiz kimi Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Orman azərbaycanlı modellə sevgilidir.
SİVİL.AZ-ın verdiyi məlumata görə, 2012-ci ildə həyat yoldaşı Sədəf Osmanla boşanan F.Ormanın adı indi də adı azərbaycanlı model Ülviyyə Alekslə birgə çəkilir.
Türkiyədə Ülviyə Aleks kimi tanınan Ülviyyə Əhməd əslən azərbaycanlıdır və Bakıda doğulub. 30 yaşlı model İstanbula da azərbaycanlı model Rüfət İsmayılın dəvəti ilə gedib. İstanbulda Cahangirdə yaşayan Ülviyyə Fikrət Ormanla da elə orada tanış olub və qısa zamanda da bütün həyatı dəyişib.
Türkiyə saytı yazır ki, yaşadığı evin kirayəsini belə güclə ödəyən Ülviyyə “Beşiktaş”ın prezidenti ilə sevgili olduqdan sonra Amsterdam, Mikonos, Zaqreb, Milan, Daubay kimi görkəmli yerlərdə dincəlib. Həyat yoldaşından ayrılan 30 yaşlı modelin 6 yaşlı bir qızı var. (Lent.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər