"Silah anbarında partlayış nəticəsində altı nəfər yaralanıb" - Nazirlik
Tarix: 27-08-2017, 13:39
Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb.
SİVİL.AZ -ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, onların hamısında qəlpə yaraları olub.
Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür.
Siyəzən Diaqnostika Mərkəzindən bildirilib ki, artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər