Natiq Cəfərlinin cinayət işinə xitam verildi

Xəbərin çap versiyası
Tarix: 28-08-2017, 15:35
Natiq Cəfərlinin cinayət işinə


Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində başladılan cinayət işinə xitam verilib.

SİVİL.AZ xəbər verir ki, bunu vəkil Cavad Cavadov bildirib.

O deyib ki, bu gün Natiq Cəfərli ilə birlikdə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıb: “Natiq Cəfərli barəsində başlanılmış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1 və 308.2 maddəsi ilə olan cinayət işinin icraatına əməlində cinayət tərkibi olmadığına görə xitam olunmasına dair qərar elan edildi. Axtarış zamanı götürülmüş əmlak, şəxsiyyət vəsiqəsi və digər sənədləri özünə qaytarıldı. Eyni zamanda, ölkədən çıxma məhdudiyyətinin də götürüləcəyi bildirildi”.

Qeyd edək ki, N. Cəfərli 2016-cı ilin avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

N.Cəfərli Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrinə əsasən təqsirli bilinirdi.

Sentyabrın 9-da Nəsimi Rayon Məhkəməsində N.Cəfərlinin həbsdən azad olunması barədə prokurorluğun təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və onun azadlığa buraxılması barədə qərar qəbul edib. O, həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb. (Report)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz