Cennifer Lopes və digər məşhurlar dərinin parıltılı görünməsi üçün BUNU EDİR - FOTO
Tarix: 29-08-2017, 01:00
Dünya şöhrətli ulduzlar kimi parıltılı və təravətli dəriyə sahib olmaq hər bir xanımın arzusudur. Bəs məşhur aktrisa və müğənnilərin dərilərinin gözəl olmasının sirri nədir?
SİVİL.AZ Sizi Cennifer Lopes, Bella Hadid, Miranda Kerr, Sindi Krouford və digərlərinin dəriyə qulluq ritualları ilə tanış edir.
Cennifer Lopes
İllər keçdikcə gözəlləşən Lopesin dərisinə baxanda onun 47 yaşında olduğuna heç cürə inana bilmirsən. Ulduzun dərisi 20 yaşında qızların dərisindən daha parıltılı, sağlam və gözəl görünür. Onun sirri çox sadədir. Ceylo siqaret çəkmir, alkoqollu içki nadir hallarda qəbul edir, kofein istifadə etmir, şirniyyat isə demək olar ki yemir. Adi dəri baxımlarına etinasızlıq etmir, günəşdə çox qalmamağa üstünlük verir.
Bella Hadid
Bella parlaq dərisini gentetikasına borcludur. Onun anası Yolanda ilə bacısı Cici də mükəmməl dərisi ilə seçilir. Bella dərisinin parıltılı görünməsi üçün anasının məsləhət gördüyü gil maskası detoksu edir. Eyni zamanda dərinin qurumaması üçün nəmləndirici maskalar çəkir.
Miranda Kerr
Miranda Kerr hər bir qadının arzuladığı dəri tipinə sahibdir. O, elə dəriyə sahibdir ki, tonal kremə qətiyyən ehtiyac yoxdur. Odur ki, gündəlikdə, hətta önəmli mərasimlərdə də makiyajdan minimum istifadə edir. Modelin ən sevdiyi dəri baxım məhsulu itburnu yağıdır. Antioksidantlarla zəngin olan itburnu yağı üzünü nəmləndirib parıltılı bəşx edir.
Adele
Təbii makiyaja üstünlük verən Adele gündəlik həyatdan heç bir kosmetikadan istifadə etmir. O, hətta "Rolling Stones Magazine” jurnalının üz qabığı üçün makiyajsız halda çəkilib. İngiltərəli müğənni dərisinin gözəlliyini maskalar və güclü yumor hissi ilə izah edir.
Krissi Teyqen
Krissi Teyqen də Hollivud məşhurları arasında parlaq dərisi ilə seçilir. O, bunun üçün mütəmadi olaraq bal maskaları edir. İstər təyyarədə, istərsə də dünyanın hər hansı ölkəsində olanda özü ilə bir çox krem və losyon aparır.
Leyton Msiter
"The Gossip Girlnadiren” qrupunun üzvi Leyton makiyajı sevir. O, əsasən "La Roche Posay” markasının məhsullarından istifadə edir. Bu markanın məhsullarının əsas üstünlüyü ondadır ki, iysiz və zərərsizdir. Odur ki, həmin məhsulları rahatlıqla istifadə edə bilərsiniz.
Lusi Heyl
"Pretty Little Liar”ın ulduzu Lusi Heyl əvvəllər sızanaq problemindən əziyyət çəkib. 6 illik bahalı müalicədən sonra o, mükəmməl üsul kəşf edib. Zərdab və nəmləndiricilərdən istifadə edən Heyl yatmazdan əvvəl üzünü iki dəfə yuyur və müntəzəm olaraq üzünü masaj edir.
Sindi Krouford
Gözəl model parıltılı cildini suana və cakkuziyə borclu olduğunu iddia edir. Əlbəttə, dərisinin qocalmaması üçün başqa maskalar və baxımlar da həyata keçirir.
Jada Pinket Smit
Jada Pinketin dəri baxımı çox ucuz başa gəlir. Üzünü isti buxara tutur. Bu üsul son dərəcə sadə və gördüyünüz kimi təsirlidir. (publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər