Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Xəbərin çap versiyası
Tarix: 29-08-2017, 18:16
Müəllimlərin işə qəbulu ilə bağlı


Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq.

SİVİL.AZ xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, bəzi məsələlər daha da təkmilləşməlidir.

Onun sözlərinə görə, yeni qaydaların hazırlanması zamanı həmin məsələlər nəzərə alınacaq.

Nazirlik rəsmisi qeyd edib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 50 minə yaxın namizəd qeydiyyatdan keçib: “Onlardan 40 minə yaxını müsabiqənin test mərhələsində iştirak edib. Bu mərhələdən keçənlər növbəti mərhələdə vakansiya seçimi və müsahibə mərhələlərində iştirak edib. Müsahibə mərhələsində 400-ə yaxın namizəd uğur qazana bilməyib. Ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən 4 minə yaxın namizəd müəllim adını qazanıb”.

E. Bağırov qeyd edib ki, əvvəlki illərdə müəllimlərin işə qəbul müsabiqəsindən uğurla keçənlər təqvim ilinin sonunda diaqnostik qiymətləndirməyə cəlb olunurdu və növbəti ildən onların əməkhaqları artırıldı: “Artıq prezidentin sərəncamına əsasən, müəllimlərin işə qəbulu müsabiqəsindən keçən namizədlər diaqnostik qiymətləndirilməsi aparılan namizədlərə bərabər tutulur. Növbəti təqvim ilində işə qəbulu müsabiqəsindən keçərək təyinat alan müəllimlər artımla əməkhaqqı alacaqlar”. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz