Avtomobillərin texniki baxışı ilə bağlı - YENİ QAYDALAR

Xəbərin çap versiyası
Tarix: 31-08-2017, 00:44
Avtomobillərin texniki baxışı ilə bağlı -


Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsinə dair tələblər sərtləşdirilib.

SİVİL.AZ-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də müvafiq dəyişikliklər edib.

Dəyişikliyə əsasən bundan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək.

Minik avtomobilləri istehsal olunduqları vaxtdan dörd il keçməyibsə, dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar texniki baxışdan keçirilmir. Texniki baxış zamanı nəqliyyat vasitələrinin əyləc və sükan idarə mexanizmlərində nasazlıqlar aşkar edildikdə, ərizəçiyə məlumat veriləcək və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçiriləcək və daimi uçota alınacaq. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz