DYP-dən Qurban bayramı ilə bağlı XƏBƏRDARLIQ

Xəbərin çap versiyası
Tarix: 31-08-2017, 14:17
DYP-dən Qurban bayramı ilə bağlı


Sentyabrın 1-də Qurban bayramı ilə bağlı paytaxtdakı məscidlərin ətrafındakı küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılmayacaq.

SİVİL.AZ xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, həmin gün paytaxtda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınması ilə əlaqədar bu ərazilərə nəzarət gücləndiriləcək: "Hələlik yolların bağlanması barədə qərar qəbul olunmayıb. Amma yol polisi bu ərazilərdə nəzarəti gücləndirəcək. Sürücülərdən xahiş edirik ki, bayram namazına gələrkən müəyyən edilməmiş yerlərdə avtomobilləri park etməsinlər. Bu, həm küçələrdə sıxlıq, həm də yol qəzalarına səbəb ola bilər".

V. Əsədov bildirib ki, həmin gün qurbanlıq heyvanlar satılan ərazilərə də yol polisi nəzarəti gücləndirəcək: "Bir daha sürücülərdən xahiş edirik ki, qurbanlıq heyvanların satış mərkəzləri yaradılan ərazilərdə yolların kənarlarında ikinci cərgələrdə avtomobilləri saxlamasınlar. Bu inzibati xəta ilə yanaşı, həm də digər avtomobillər üçün təhlükə yaradır".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz