"Hoqlandın bəyanatında yenilik yoxdur" - Mariya Zaxarova

Xəbərin çap versiyası
Tarix: 1-09-2017, 01:40
"Hoqlandın bəyanatında yenilik yoxdur" -


"Amerikalı həmsədr Riçard Hoqlandın bəyanatında heç bir yenilik yoxdur. Həmin fikirlərə Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz birgə bəyanatlarında dəfələrlə istinad ediblər".

SİVİL.AZ-ın verdiyi məlumata görə, bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"ABŞ-ın yeni həmsədr təyin etməsinə gəldikldə isə, biz hunu alqışlayırıq. Yenilənmiş tərkibdə ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini davam etdirəcək. Ümid edirik ki, indiyə kimi olan komanda yanaşması bundan sonra da qorunub saxlanacaq", - deyə Rusiya XİN sözçüsü qeyd edib. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz