Azərbaycan əhalinin sayına görə dünyada neçənci yerdədir?
Tarix: 2-09-2017, 00:00
Bu ilin sonuna dünya əhalisinin sayı 7,6 milyard nəfəri ötəcək.
SİVİL.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Dünya Bankı (WB) məlumat yayıb.
Məlumatda deyilir ki, 2050-ci ildə planet əhalisi 9 mlrd. nəfərə çatacaq.
Ötən ilin sonuna olan məlumata görə, dünya əhalisi 7,4 mlrd. nəfər olub. Çin və Hindistan isə dünyanın ən çox əhalisi olan ölkələrdir - bu iki ölkə birlikdə planet əhalisinin 36,3%-i yaşayır: Çində 1378665000 nəfər (18,5%), Hindistanda isə 1324171000 nəfər (17,8%) yaşayır.
Siyahıda 3-cü yeri 4,3%-lə ABŞ tutur ki, onun da əhalisi 323127 000 nəfərdir.
Ümumilikdə, 216 dövlətin yer aldığı siyahıda Azərbaycan 9,762 milyon nəfərlə 90-cı yerdə qərarlaşıb. Bu isə dünya əhalisinin 0,13%-i deməkdir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər