Məşhurların ölümündən əvvəlki son sözləri
Tarix: 5-09-2017, 02:30
Həyatınızın son anında deyəcəyiniz sözlər haqqında fikirləşmisiniz?
SİVİL.AZ dünyanın məşhur simalarının ölümlərindən əvvəl dedikləri sözləri təqdim edir:
Fransız modelyer Koko Şanel: “Bu, elə hissdir ki, sanki ölürsünüz”.
“Psixoanalizin atası” Ziqmund Freyd: “Bu, cəfəngiyatdır! Bu, cəfəngiyatdır!”. Xərçəngdən əziyyət çəkən Freyd həkiminin köməyi ilə ölümünü özü seçib və intihar edib (eftanaziya – red.).
Müğənni Uitni Hyuston: “Mən İsanı görməyə gedirəm, İsanı görmək istəyirəm”.
Aktyor Con Beyn xanımına tərəf çevrilərək “Əlbəttə, mən bilirəm sən kimsən. Sən mənim qızımsan. Səni sevirəm”, - deyib.
Uolt Disney. Xərçəngdən ölən prodüser kağıza məşhur aktyor Kurt Rasselin adını yazıb.
Çarli Çaplin. Keşiş son nəfəsində Çaplinə deyir: “Qoy Allah özü sənin qəlbini bağışlasın”. Çaplin isə cavabında “Niyə də yox? Əvvəl-axır bu ürək onun olacaq axı”, - söyləyib.
Aktyor Dezi Arnaz. Həyat yoldaşı Lüsi Bolla “Səni sevirəm, Lüsi” serialında çəkilən aktyor ölüm ayağında ikən “Mən də səni sevirəm, əzizim. Sənə şouda uğurlar”, - deyib.
Müğənni, aktyor Bob Xoupdan xanımı soruşur: “Səni harada dəfn edək?” Xoupun cavabı: “Məni təəccübləndir görüm”.
Ceyms Stüart: “Qloriya ilə görüşə hazırlaşıram”. Onun xanımı özündən 3 il əvvəl ölmüşdü.
Errol Flinn: “Həyatda çox imkanlarım olub və həyatın hər dəqiqəsindən həzz almışam”.
Etol Berrimor: “Hamı xoşbəxtdir? İstəyirəm, hamı xoşbəxt olsun. Mən bilirəm ki, xoşbəxtəm”. (Axşam.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər