Kontenin qiyməti - 50 milyon avro
Tarix: 31-03-2017, 17:16
"Çelsi" baş məşqçisi Antonio Konte ilə müqavilənin müddətini uzatmaq üçün danışıqları davam etdirir.
SİVİL.AZ-ın "Tuttosport"a istinadən yaydığı xəbərə görə, London klubunun sahibi Roman Abramoviç 47 yaşlı mütəxəssisə ilinə 15 milyon avro qazanacağı 5 illik müqavilə təklif edib. Ancaq tərəflər arasında təzminatla bağlı hələlik razılıq əldə edilməyib.
Məsələ burasındadır ki, R. Abramoviç yeni müqavilə ilə A. Kontenin təzminat qiymətinin 50 milyon avro olmağını istəyir. Ancaq o, qiymətinin 20 milyon avro qoyulmağını tələb edir. Hal-hazırda tərəflər arasında bu məsələ ilə bağlı danışıqlar aparıldığı bildirilir.
Qeyd edək ki, A.Konte ötən ildən "Çelsi"ni çalışdırır (Qol.az).
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər