"Barselona" La Liganı tərk edə bilər - SƏBƏB
Tarix: 9-09-2017, 13:33
Kataloniyanın 1 oktyabrda keçirməyə hazırlaşdığı müstəqillik referendumu "Barselona" futbol klubunun La Liqanı tərk etməsinə səbəb ola bilər.
SİVİL.AZ xəbər verir ki, İspaniyada 1 və 2-ci liqasına daxil olan klubların bağlı olduğu Peşəkar Futbol Liqasının rəhbəri Xavyer Tebas mətbuat konfransında "Barselona" ilə bağlı ünvanlanan suala "Kataloniya müstəqil olarsa, "Barselona" nə La Liqada, nə də Fransa liqasında oynaya biləcək. Kataloniya hökümətinin müstəqil olacaqları təqdirdə klubların İspaniya və Fransa futbol liqasını seçə biləcəyi barədə açıqlaması məni çox təəccübləndirdi. Təxmin edirəm ki, bu şəxslər bütün kataloniyalıları, bütün xalqı aldadır. "Barselona" La Liqanı tərk etsə, Avropanın ən böyük klubu statusunu itirəcək", - cavabını verib.
"Barselona"nın ən böyük rəqibi olan "Real"ın baş məşqçisi Zinəddin Zidan isə bununla bağlı "Barselona"nın olmadığı La Liqa təsəvvür edə bilmirəm. Futbol pərəstişkarı olaraq ümid edirəm ki, bu klub İspaniya çempionatında qalacaq", - deyib.
Qeyd edək ki, Kataloniya İspaniyanın razılığı olmadan müstəqillik referendumu keçirməyə hazırlaşır. (Qaynarinfo)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər