Sükan arxasında oyun oynayan avtobus sürücüsü - “Başımı qatırdım...”

Xəbərin çap versiyası
Tarix: 31-03-2017, 23:25
Sükan arxasında oyun oynayan avtobus sürücüsü -


Avtobus sürücüsü nərd oynaya-oynaya sərnişin daşıyır.

SİVİL.AZ XezerXeber.az-a istinadən xəbər verir ki, hadisə ötən gün 160 nömrəli sərnişin avtobusunda yaşanıb.

Araşdırma zamanı məlum olub ki,sərnişinlərin həyatını təhlükəyə atan Elşən Məmmədov adlı sürücüdür.

Elşən Məmmədovdan bunun səbəbini soruşduqda o, bu addımı başını qatmaq üçün atdığını bildirib.

Artıq həmin sürücü və marşurt xəttinin sahibi Bakı Nəqliyyat Agentliyinə dəvət edilib.

Bununla yanaşı sürücünün inzibati qaydada cərimə olunması üçün Dövlət yol polisinə də məlumat verilib.

Qeyd edək ki, sürücü əlində telefon nəqliyyat vasitəsini idarə etdiyi üçün onu 50 manat miqdarında cərimə gözləyir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz