DTX: Terrorçu təşkilatların tərkibində döyüşən 151 nəfər Azərbaycan vətəndaşlığından çıxarılıb
Tarix: 12-09-2017, 11:47
“Bu gün dünyanın müxtəlif yerlərində davam edən hərbi-siyasi qarşıdurmaların, terror fəaliyyətinin acı nəticələri məsafələrdən asılı olmayaraq, ölkəmizin də təhlükəsizliyinə təsir göstərir”.
SİVİL.AZ bildirir ki, APA-nın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin "Vətəni müdafiəyə daim hazırıq" adlı forumunda bildirib.
O qeyd edib ki, bunlara xüsusən son illərdə geniş vüsət almış dini radikallaşma meyllərinin güclənməsi, dini pərdə altında terrorçu və ekstremist fəaliyyətin yayılması kimi faktorlar da aiddir: “Təəssüf ki, əksəriyyəti gənclər olan bəzi Azərbaycan vətəndaşları da radikal və ekstremist təbliğatın təsiri altında Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulublar. Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürülüb. Terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər ölkə vətəndaşlığından məhrum edilib”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər