“Bizim üçün yaxşı başlanğıc idi" - Antonio Konte
Tarix: 13-09-2017, 10:18
“Bizim üçün yaxşı başlanğıc idi. Çempionlar Liqasındakı ilk oyunumuzda əla hesabla qələbə qazanmaq, çoxlu qol vurmaq və matçı qol buraxmadan bitirmək olduqca pozitiv bir startdır”.
SİVİL.AZ bildirir ki, apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.
Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda doğma meydanda “Qarabağ”la qarşılaşan “zadəganlar” 6:0 hesablı qələbə qazanıb.
İtaliyalı mütəxəssis matçdan sonra təşkil olunmuş mətbuat konfransında fikirlərini bölüşüb: “Oyunçularım matça əla konsentrasiya olmuşdular. Sona qədər eyni tempdə davam etdilər. Gənc futbolçular bilməlidirlər ki, əgər onları Çempionlar Liqasında meydana buraxıramsa, deməli güvənirəm. İlk oyuna rotasiya ilə başladıq, bundan sonra da belə davam edəcək”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər