"Əminəm ki, yeni kontrakt Azərbaycanla əməkdaşlığımızı daha da gücləndirəcək" - Tereza Mey
Tarix: 14-09-2017, 10:48
Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün Bakıda Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar təbrik məktubu göndərib.
SİVİL.AZ bildirir ki, APA-nın məlumatına görə, məktubu mərasimdə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan oxuyub.
Təbriki oxumazdan öncə A. Dunkan Azərbaycanın tərəqqisinin şahidi olduğunu, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyini söyləyib.
T. Meyin təbrikində isə bildirilir ki, bu gün imzalanan saziş Böyük Britaniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsidir: "Azərbaycan müstəqillik qazandıqdan sonra “Əsrin müqaviləsi"nin imzalanması ilə ilk dəfə Xəzərdə resurslarından istifadə etmək imkanı qazanıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Azərbaycan öz neftini dünyaya ixrac edib. 2020-ci ildə isə Azərbaycan qazının Avropaya ixracı başlayacaq. Mən üzr istəyirəm ki, bu sazişin imzalanması mərasimində - Bakıda ola bilmirəm. Ancaq əminəm ki, bu kontrakt əməkdaşlığımızı daha da gücləndirəcək”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər