Bakıda iranlı tələbə özünü binadan atdı
Tarix: 14-09-2017, 12:19
Bakıda tələbə intihar edib.
SİVİL.AZ APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ev 108, mənzil 15 ünvanında qeydə alınıb.
Həmin ünvanda kirayədə yaşayan, İran İslam Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Nəzəri Əmir Cəlil oğlu sərxoş vəziyyətdə özünü binanın 4-cü mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Məlumata görə, Nəzəri Əmir Azərbaycan Tibb Universitetinin tələbəsidir. O, intihar etməzdən əvvəl sevdiyi qızla dalaşıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər