Azərbaycanda yeni fəxri ad TƏSİS EDİLİR

Xəbərin çap versiyası
Tarix: 16-09-2017, 16:06
Azərbaycanda yeni fəxri ad


Azərbaycanda yeni fəxri ad təsis ediləcək.

SİVİL.AZ xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda öz əksini tapıb.

Proqramın tədbirlər proqramında Gənclər və İdman Nazirliyinə gələn il üçün ölkədə “Gənclər siyasəti sahəsinin Fəxri İşçisi” adının təsis edilməsi tapşırılıb.

Yeni adın təsis edilməsində məqsəd gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılmasıdır. (ölkə.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz