Allahşükür Paşazadənin oğlu ailəsi ilə Azərbaycanı birdəfəlik tərk etdi - hansı ölkədə yaşayacaq?
Tarix: 17-09-2017, 13:33
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin oğlu Azərbaycanı tərk etdi.
SİVİL.AZ bildirir ki, ölkə.az-ın əldə etdiyi məlumata görə, Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə bərabər birdəfəlik ölkəni tərk edib
Ötən gün Məhəmməd Paşazadə həyat yoldaşı və 3 övladı ilə bərabər Türkiyəyə köçüb. O, Türkiyənin İstanbul şəhərində ev alıb.
Onun qəfil Azərbaycanı tərk etməsinə səbəb olaraq son vaxtlar atasına qarşı mətbuatda yayılan informasiyalar göstərilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər