"Xalq artisti mənə intim əlaqə təklif etdi" - Azərbaycanlı aktrisa

Xəbərin çap versiyası
Tarix: 18-09-2017, 12:59
"Xalq artisti mənə intim əlaqə təklif etdi" -


“Bəzi müğənnilər mənim dost münasibətimi düzgün başa düşməyiblər, mənə başqa gözlə baxıblar. Məsələn, bir Xalq artisti ilə dostluğumuz çox çəkmədi, çünki mənə intim əlaqə təklif etdi. Bu təklifləri rədd etdiyimdən dostluğumuz pozuldu. Müğənnilər məni çox əsəbiləşdiriblər. Sevdiklərimin nazı ilə oynamışam, sevmədiklərimi isə məcbur olub verilişə dəvət etmişəm”.

SİVİL.AZ xəbər verir ki, bu sözləri baku.ws-ə açıqlamasında səhnə fəaliyyətinə kloun kimi başlayan, daha sonra prodüser, teleaparıcı və aktrisa kimi davam edən Təranə Əliyeva deyib.

“İnsan hər tərəfdən yarıyanda xoşbəxt olur. Uşaqlıqda baş verən hadisələr insanın həyatında böyük bir iz qoyur. Qızım atasız böyüdüyünə görə çalışıram ki, uşağımın hər şeyi olsun. Uşaqlıq illərim çox gözəl keçib, amma 16 yaşımdan sonra xoşbəxtliyimi tapa bilmədim. 16 yaşımda atamı itirdim. Onu avtomobil vurdu. O vaxt mobil telefonlar olmadığından biz bunu növbəti gün bildik. Gözlərimlə atamın ölümünü görməmişəm deyə, gözlərim 19 ildir hər yerdə onu axtarır. Atam mənim idealım idi. Ailə qurdum, həyat yoldaşımda atamın cizgilərini axtarırdım, amma çox təəssüf ki, ailə həyatım baş tutmadı və biz ayrıldıq. Yəni, həyatda bir qadın kimi xoşbəxt ola bilmədim. Ona görə də istəmirəm ki, qızım mənim həyatımı təkrarlasın”, - deyə o bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz