BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə CAVAB VERDİ
Tarix: 20-09-2017, 16:00
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 23-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
SİVİL.AZ APA-ya istinadla xəbər verir ki, meriya mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.
Qeyd edək ki, Milli Şura sentyabrın 23-də keçmiş "Məhsul" stadionunda mitinq keçirmək haqqında qərar verib və mitinqə icazə verilməsi üçün BŞİH-ə müraciət edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər