Aİ-nın Siyasi və təhlükəsizlik komitəsinin sədri və üzvləri Azərbaycana səfər edəcək

Xəbərin çap versiyası
Tarix: 20-09-2017, 16:03
Aİ-nın Siyasi və təhlükəsizlik komitəsinin sədri və üzvləri Azərbaycana


Avropa İttifaqının (Aİ) Siyasi və təhlükəsizlik komitəsinin sədri və 28 üzvü Azərbaycana səfər edəcək.

SİVİL.AZ xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Aİ-nın Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib.

Onun sözlərinə görə, səfər oktyabrın 3-nə təyin olunub, lakin tarix dəyişə bilər.

Səfər zamanı Aİ-Azərbaycan münasibətləri, xüsusilə təhlükəsizlik siyasətinin aspektləri müzakirə olunacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz