Dmitri Nazarov - “Almaniyanın qorxusu”
Tarix: 1-04-2017, 15:06
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti oyununu keçirib.
SİVİL.AZ xəbər verir ki, Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi çıxış etdiyi “Aue”nin “Sankt-Pauli” ilə görüşünün iştirakçısı olub.
Almaniyalı həmkarlarımız oyunla bağlı reportajda Nazarovu xüsusi adla qeyd edib. Mətbuat onu “Deutschland-Schreck” kimi qələmə verir. Bu isə “Almaniyanın qorxusu” anlamına gəlir.
Nazarovun bu ada layiq görülməsi də təsadüfi deyil. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində Almaniyaya qarşı keçirilən DÇ-2018-in seçmə oyununda (1:4) qol sevinci yaşayıb. Hesab 0:1 olarkən bərabərlik qoluna imza atıb, Bundestimi az da olsa, təşvişə salan Dmitri rəqibin 9 aylıq quru seriyasını da qırıb. Məhz bu amil də ona “Almaniyanın qorxusu” adının verilməsi ilə nəticələnib.
Qeyd edək ki, “Aue”nin 1:0 hesabı ilə qalib gəldiyi oyunda Nazarov 77 dəqiqə forma geyinib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər