AzTV rəhbərinin avtomobili cərimə meydançasına aparıldı
Tarix: 27-09-2017, 11:16
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun avtomobili cərimə meydançasına aparılıb.
SİVİL.AZ Report-a istinadən xəbər verir ki, buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır.
Belə ki, A.Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı "Toyota Land Cruiser" markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, cərimə meydançasına aparılıb.
Məlumata görə, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda A. Alışanovdadır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər