Robert Prosineçki “Qarabağ”ın “Roma” ilə oyunundan danışdı
Tarix: 27-09-2017, 15:41
“Roma” ehtiyatlı oynasa, qalib gələcək”.
SİVİL.AZ apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyalı çalışdırıcı İtaliya mətbuatına açıqlama verib. O, Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasında “Roma” ilə keçirəcəyi oyun haqda danışıb.
Prosineçki Ağdam klubunu çətin oyunun gözlədiyini bildirib: “Futbolda möcüzələr olur. Amma “Roma” ilə oyunda bu, mümkünsüz görünür. Çünki “Qarabağ” hər dəfə Çempionlar Liqasının qrupunda oynamır. Düzdür, ölkə çempionatında illərdir, dominantlıq edir. Lakin orada rəqabətlə üzləşmir. Azərbaycanda futbola böyük investisiyalar qoyulmur. Yalnız “Qarabağ” fərqlənir. Amma onun da çempionatda öz səviyyəsində rəqibləri yoxdur”.
48 yaşlı məşqçi “Qarabağ” və Azərbaycan yığmasının üzvü Riçard Almeyda haqda da danışıb: “Qarabağ”ın heyətində Almeyda xoşuma gəlir. O, çox ağıllı futbolçudur, topla əla rəftar edir. Almeyda “Qarabağ”ın və Azərbaycan yığmasının düşünən beynidir”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər