Yevlaxda fəhlə asfalt hamarlayan maşının altında qalıb öldü

Xəbərin çap versiyası
Tarix: 1-04-2017, 22:46
Yevlaxda fəhlə asfalt hamarlayan maşının altında qalıb öldü


Yevlax rayonunun Aran qəsəbəsində 1 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

SİVİL.AZ xəbər verir ki, rayonda yol çəkilişi zamanı 59 yaşlı Zaqatala sakini ehtiyatsızlıqdan asfalt hamarlayan texnikanın altına düşüb.

Ağır xəsarət alan Elxan İmanov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (“Report” )

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz