"10 nəfəri Həcc ziyarətinə göndərmək əvəzinə iki qız tələbə oxutsunlar" - Qüdrət Həsənquliyev

Xəbərin çap versiyası
Tarix: 28-09-2017, 17:00
"10 nəfəri Həcc ziyarətinə göndərmək əvəzinə iki qız tələbə oxutsunlar" -


"Bəzən görürsən ki, bizim bəzi imkanlı şəxslər 10 nəfəri Həcc ziyarətinə göndərməsi ilə fəxr edirlər. Din düzgün təbliğ olunsa, o adamlar bilər ki, insanlar ziyarətə özü getməlidir".

SİVİL.AZ report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Bakıda "Qeyri-hökümət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, vəsait xərcləyib Həcc ziyarətinə adam göndərənlər həmin məbləği iki qız tələbənin ödənişinə xərcləsələr, daha faydalı olar: "Bizim bəzi dindarlığın qatı olduğu bölgələrdə qızları məktəbə buraxmırlar. Bu problemə qarşı mübarizə aparılmalıdır. Bu mövzuda din xadimlərindən açıqlama gözləyirəm".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz