Narkotik istifadəçiləri ilə bağlı təklif QƏBUL OLUNMADI

Xəbərin çap versiyası
Tarix: 29-09-2017, 17:00
Narkotik istifadəçiləri ilə bağlı təklif


Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev Milli Məclisdə keçirilən Cinayət Məcəlləsinə edilən dəyişikliklərdə narkotik vasitələrdən istifadə edənlərin məsuliyyətdən azad edilməsi ilə bağlı dəyişikliklərə dair ictimai dinləmədə Ali Məhkəmə və Baş Prokurorluq nümayəndələrinin fikirlərinə münasibət bildirib.

SİVİL.AZ-ın APA-ya istinadən məlumatına görə, V. İsayev deyib ki, 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddənin dekriminalaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarının ictimai dinləmədəki rəyi nəzərə alınıb.

O qeyd edib ki, burada mövqe birmənalı olub: “Bu dəyişikliyin tətbiqi cinayətlərin artmasına səbəb ola bilər. Biz tranzit yolunun üzərindəyik. Bundan başqa, digər ölkələrdə də bu cəzanın dekriminallaşdırılmasının effektivliyi hələ sübut olunmayıb. Bu səbəbdən indiki mərhələdə bu dəyişiklik məqbul hesab olunmayıb”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz