“Sədərək” və “Binə” ticarət mərkəzləri fəaliyyətini dayandırıb - SƏBƏB

Xəbərin çap versiyası
Tarix: 1-10-2017, 13:47
“Sədərək” və “Binə” ticarət mərkəzləri fəaliyyətini dayandırıb -


“Sədərək” və “Binə” ticarət mərkəzləri bu gün fəaliyyətini dayandırıb.

SİVİL.AZ metbuat.az-a istinadən xəbər verir ki, hazırda həmin ərazilərdə insan sıxlığı müşahidə edilir. Ticarət mərkəzlərinin önünə polislər toplaşıb. Onların sözlərinə görə, işçilər Aşura günü ilə əlaqədar gəlməyiblər.

Məsələnin diqqət çəkən tərəfi isə həmin ərazilərə avtobusların işləməsidir. Əhaliyə bununla bağlı hər hansı xəbərdarlıq olunmayıb. Sözügedən ticarət mərkəzlərinə gələn insanlar oradan da geri qaytarılır. Bu da alış-veriş etmək istəyənlər tərəfindən narazılıqla qarşılanıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz