Millimizin futbolçusu İspaniyada qol vurdu
Tarix: 2-04-2017, 01:36
Millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Kadiz" İspaniya II liqasında növbəti oyununa çıxıb.
SİVİL.AZ xəbər verir ki, Qol.az-ın məlumatına görə, komanda 32-cu turda səfərdə “UCAM Mursiya” ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
"Kadiz"in yeganə qolunu 45-ci dəqiqədə E. İsrafilov vurub. Millimizin hücumçusu 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Kadiz" 32 turdan sonra 51 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər