İlqar Məmmədov iki vəkilindən imtina etdi

Xəbərin çap versiyası
Tarix: 2-10-2017, 23:30
İlqar Məmmədov iki vəkilindən imtina etdi


REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov iki vəkilindən imtina edib.

SİVİL.AZ-ın xəbərinə görə bu barədə "Report"a vəkil Fuad Ağayev məlumat verib.

O, İlqar Məmmədovla görüşdüyünü bildirib: "O, görüş zamanı digər vəkillərindən imtina etdiyini dedi. Bundan sonra İlqar Məmmədovun hüquqlarını yalnız mən müdafiə edəcəyəm".

Xatırladaq ki, daha əvvəl İ. Məmmədovun vəkilləri Cavad Cavadovla Şəhla Hümbətova olub.

Qeyd edək ki, İ. Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz