Rəşad Sadıqov millidən gedir
Tarix: 3-10-2017, 08:00
Futbol üzrə Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov yığma karyerası ilə bağlı vacib qərar qəbul edib.
SİVİL.AZ yenicag.az-a istinadən xəbər verir ki, təcrübəli kapitan milli ilə vidalaşır.
35 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya ilə matçda milli komandada sonuncu oyununa çıxacaq. Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 5-i, Bakı Olimpiya Stadionunda baş tutacaq.
Onu da bildirək ki, Rəşad Sadıqov 2001-ci ildən əsas millimizdə çıxış edir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər