Cinayət Məcəlləsi dəyişdirilir

Xəbərin çap versiyası
Tarix: 10-10-2017, 12:00
Cinayət Məcəlləsi dəyişdirilir


Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi parlamentin oktyabrın 20-də keçiriləcək plenar iclasına çıxarılacaq.

SİVİL.AZ Report-a istinadən xəbər verir ki, ümumilikdə, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub.

Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar, əsasən, mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Bundan başqa, bir sıra cinayət əməllərinə görə cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməllər dekriminalaşdırılır. Bu əməllərə görə məsuliyyət həddi 5 dəfə artırılır.

Məcəlləyə “azadlığın məhdudlaşdırılması” cəzası da əlavə edilir. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib.

Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda, 4 cinayət ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz