ABŞ Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Tarix: 15-10-2017, 02:00
ABŞ 2026 və ya 2030-cu illərdə keçiriləcək Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir.
SİVİL.AZ report-a istinadən xəbər verir ki, bununla bağlı ABŞ-ın Olimpiya Komitəsinin sədri Larri Probst "Reuters"ə açıqlama verib.
O bildirib ki, 2028-ci il Yay Olimpiya Oyunlarının Los-Ancelesdə baş tutacağına baxmayaraq, daha bir böyük turniri keçirməkdə maraqlıdırlar: "Daha çox 2030-cu ili düşünürük. Çünki 2028-ci il Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı problem olmasın".
Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər