Qarabağda itkin düşən azərbaycanlıların sayı - RƏSMİ AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 17-10-2017, 11:24
Qarabağda itkin düşən azərbaycanlıların sayı -


2017-ci il oktyabrın 1-nə olan məlumata görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydə alınmış itkinlərin sayı 3874 nəfərdir.

SİVİL.AZ
xəbər verir ki, bu barədə Modern.az-a Dövlət Komissiyasının İşçi qrupundan məlumat verilib.

Rəsmi məlumata görə, itkin kimi rəsmi qeydə alınmış şəxslərdən 3126 nəfəri hərbçilər, 748 nəfəri isə mülki şəxslərdir. Mülki şəxslərdən 66 nəfəri uşaqlar (22 nəfər qız, 44 nəfər oğlan), 265 nəfəri qadınlar, 302 nəfəri qocalardır (152 nəfər yaşlı qadın).

Haqqında əsir-girov götürüldüyünə dair məlumat daxil olmuş şəxslərin sayı 871 nəfər təşkil edir ki, bunlardan da 590-ı hərbçilər, 281-i mülki şəxslərdir. Həmin mülki şəxslərin 29 nəfəri uşaq (7 nəfər qız, 22 nəfər oğlan), 98 nəfəri qadın, 111 nəfər qocalardır (62 nəfər qadın). 2017-ci il oktyanrın 1-dək əsir və girovluqdan azad edilmiş şəxslərin sayı 1440 nəfər olub. Onlardan hərbçilər - 356 nəfər, mülki şəxslər – 1084 nəfərdir.

Azad edilmiş mülki şəxslərdən uşaqlar - 214 nəfər (77 nəfər qız, 137 nəfər oğlan), qadınlar - 278 nəfər, qocalar - 221 nəfər (100 nəfər qadın) təşkil edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz