Nazənindən Sevil-Sevinc bacılarına: "Ağzımı niyə açdırırsınız, siz də eləmisiniz"

Xəbərin çap versiyası
Tarix: 20-10-2017, 01:00
Nazənindən Sevil-Sevinc bacılarına:


Müğənni Nazənin "ən çox plastik əməliyyat etdirən sənətçi" olması ilə razı deyil.

SİVİL.AZ
axşam.az-a istinadən xəbər verir ki, "Hər şey daxil" verilişinin qonağı olan ifaçı cəmi 2 dəfə əməliyyat etdirdiyini deyib:

"Haqqıma niyə girirsiniz? Burnumda və dodağımda əməliyyat olunub. Dodağımı ona görə etdirdim ki, o vaxt naşı idim, yanlış bir şey etmişdim, onu təkrar düzəltdirdim. Ondan başqa heç bir plastik əməliyyatım olmayıb. Əgər ehtiyac yaranarsa, milyon dəfə də əməliyyata gedərəm".

Müğənni aparıcılar Sevil-Sevinc bacılarının "Yanağınızda da nəsə etdirmisiniz" sözləri ilə razılaşmayıb: "Professional həkimə göstərin, desin ki, mən yanağıma nəsə etmişəm, ya yox. Onda mənim balaca nəvəm var Nazənin, o da üzünə nəsə qoydurub? Onun da yanaqları şişdir. Biz anadangəlmə beləyik".

Nazənin gözlərini dartdırması iddiasının da yalan olduğunu söyləyib:

"Gözüm saçım dartılaraq yığılıb deyə belə qalır. Mənim ağzımı niyə açırsınız, siz də etdirmisiniz də... Hələ gözümün üstündə nəsə etdirməyə indi hazırlaşıram. Bunu gizlətmirəm. Avropada plastik əməliyyatları prestij bilirlər. Amma bizdə o qədər cahillik, savadsızlıq var ki, bunu o dəqiqə böyüdüb-şişirdirlər. Hazırda bəylərimiz xanımlardan çox elətdirir. Kimin pulu var etdirir, kimin də imkanı yoxdur, oturub eləcə lağ edir".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz