“Maşın”ı tərk edən Mehriban Xanlarova Elşadı "razborkaya çağırdı": "Tək gəl"

Xəbərin çap versiyası
Tarix: 20-10-2017, 11:46
“Maşın”ı tərk edən Mehriban Xanlarova Elşadı "razborkaya çağırdı":


Elşad Xose tərəfindən "Maşın" realiti şousundan kənarlaşdırılan əməkdar artist Mehriban Xanlarova reperin bu hərəkətindən hələ də özünə gələ bilmir.

SİVİL.AZ
bildirir ki, Yenicag.az-a açıqlama verən aktrisa bunları deyib:

"Hələ şokdayam. Stresdən çıxmamışam. Özümə gələndən sonra danışacam. Susuram. Amma susmağım qorxmaq anlamına gəlmir. Susqunluğumu tufanqabağı sakitlik kimi qəbul edin. Dörd dəfə məni irəli vermək... bu, heç bir kişiyə yaraşan hərəkət deyildi. Görünür, mən doğrudan da kimlər üçünsə çox güclü və təhlükəli rəqib olmuşam".

Aktrisa Elşad Xoseyə də çağırış edib: "Elşad Xose, səninlə varam, ancaq oyunda yox, həyatda... "Maşın şou"dakı oyunu bitir, gəl görüşək, sənə deyəcək bir-iki sözüm var. Görüş təkbətək olacaq".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz