Elmar Məmmədyarov İtaliyaya gedib
Tarix: 23-10-2017, 10:53
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya işgüzar səfər edib.
SİVİL.AZ bildirir ki, XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, nazir oktyabrın 24-25-də ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq proqramı çərçivəsində təşkil olunan “Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı konfransda iştirak edəcək.
Tədbir çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra rəsmilərlə ikitərəfli görüşləri nəzərdə tutulub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər