Xaçmazın girişindəki “Telefonçu qız” abidəsi götürüldü
Tarix: 3-04-2017, 01:30
Xaçmaz rayonunun girişində qoyulmaqla böyük müzakirələrə yol açmış "Telefonçu qız" abidəsi ərazidən götürülüb.
SİVİL.AZ xəbər verir ki, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanovun istipress-ə verdiyi məlumata görə, yerindən götürülən heykəl Xaçmazda parklardan birinin ərazisində qoyulacaq. Lakin o, abidənin hansı zərurətdən götürüldüyünü açıqlamayıb.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri, Xaçmaz rayonun girişində inşa olunmuş bu abidə idi. Abidə ayağını ayağının üstündən aşırıb telefonla danışan müasir qadına həsr edilib. Sosial şəbəkədə bu abidə ilə bağlı rayon rəhbərliyi, abidənin ideya müəllifləri kəskin tənqid olunub. Bəziləri müasirliyi telefonla danışan qadınlarla assosiasiya edilməyin xüsusi məqsəd daşıdığını yazırdı.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər