Ramil Şeydayev “Jilina”da ilk qolunu vurub

Xəbərin çap versiyası
Tarix: 3-04-2017, 02:00
Ramil Şeydayev “Jilina”da ilk qolunu vurub


Slovakiya Fortuna Liqasında XXIII tur davam edir.

SİVİL.AZ xəbər verir ki, Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin formasını geyindiyi “Jilina” da növbəti matçına çıxıb.

“Yaşıl-sarılar” doğma meydanda “Presov”la qarşılaşıblar. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil ehtiyat oyunçular skamyasında başladığı matçın 62-ci dəqiqəsində oyuna daxil olub və 79-cu dəqiqədə komandasının 3-cü qoluna imza atıb. Beləliklə, millimizin hücumçusu Slovakiya çempionatında ilk qolunu vurub.

Qeyd edək ki, 23 oyundan sonra aktivində 55 xal olan “Jilina” turnir cədvəlinin zirvəsində yer alıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz