Səhlab Bağırovdan Milli Şuranın mitinqi ilə bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 28-10-2017, 12:44
Səhlab Bağırovdan Milli Şuranın mitinqi ilə bağlı


Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu günə planlaşdırdığı mitinqin təhlükəsizliyini həmişəki kimi təmin edəcək.

SİVİL.AZ
xəbər verir ki, bu barədə qafqazinfo-ya Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.

O bildirib ki, DTX-nın məlum əməlliyyatları, mitinqdə terror aktının törədiləcəyi ilə bağlı yayılan məlumatlar onların təhlükəsizlik planlarında hər hansı bir dəyişiklik yaratmayacaq:

"Polis onsuz da hər mitinqdən öncə həmin ərazini yüksək səviyyədə nəzərdən keçirirdi. Bu dəfə də elə olacaq. Yəni təhlükəsizlik tədbirləri əvvəl necə nəzərdə tutulmuşdusa, elə həmin şəkildə həyata keçiriləcək".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz