Azərbaycanlı futbolçu Almaniyada bombardir oldu
Tarix: 28-10-2017, 12:55
Almaniya Regional Liqasının Şimal-Şərq zonasında XIII turun oyunları keçirilir.
SİVİL.AZ xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi Berlin "Dinamo"su "Berliner AK"ı qəbul edib.
Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət Dadaşov meydana start heyətində çıxıb və 45-ci dəqiqədə penaltidən komandasının yeganə qoluna imza atıb.
Bu Rüfət Dadaşovun mövsüm ərzində 12-ci qolu olub. O, bu göstərici ilə Şimal-Şərq zonasının ən sərrast futbolçusudu və ikinci pillədəki Streli Mambanı (Kottbus) 2 top qabaqlayır.
Qeyd edək ki, "Dinamo" 13 oyundan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir və bir oyun əskik keçirən "Kottbus"dan 9 xal geri qalır. ("Qaynarinfo")
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər