Tahir Gözəl: "Qurban Qurbanov millini çalışdıra bilər, amma şərtim var"

Xəbərin çap versiyası
Tarix: 30-10-2017, 11:47
Tahir Gözəl: "Qurban Qurbanov millini çalışdıra bilər, amma şərtim var"


Artıq ictimaiyyətdə belə fikir formalaşıb ki, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov millimizi də çalışdırmalıdır.

SİVİL.AZ
yenicag.az-a istinadən xəbər verir ki, açıqlama verən Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl bu məsələyə də münasibət bildirib.

AFFA-dan rəsmi təklif almadığını bildirən klub rəsmisi, şərtinin olduğunu qeyd edib: "Bir şərtim var. "Qarabağ” Azərbaycanı sevən hər kəs üçün böyük dəyərdi. Bu kluba heç vaxt zərər dəyməməlidir. "Qarabağ”a zərər vurmayacaq, əksinə, yardım edəcək, onu gücləndirəcək hər təklifə müsbət baxıram. Ona görə də hesab edirəm ki, "Qarabağ”a ziyan vurmayacaq istənilən təklifə müsbət baxmaq olar. Amma hələlik belə bir variant müzakirə olunmur. Bizə rəsmi təklif gəlməyib.

– Belə çıxır ki, Qurban bəyin "Qarabağ”da və yığmada paralel çalışmasına razısız?

– Yenə də deyirəm: mənə gələcək təklifin şərtlərindən asılıdı. "Qarabağ”a zərər verməmək şərti ilə… "Qarabağ” yığmaya kömək edə biləcəksə, milli komanda ilə işbirliyi şəraitində müsbət nəsə alınacaqsa, niyə də olmasın?! Məsələyə praktik cəhətdən yanaşmalıyıq. Milli komandanın, Azərbaycanın da adı önəmlidi. Bu məsələyə münasibətimiz müsbətdi. Bir şərtlə ki, "Qarabağ”a ziyanı dəyməsin, kömək olsun.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz