Hitler ölməyib?
Tarix: 1-11-2017, 00:30
"Atlanta" müttəfiqləri Almaniyada nasizmin qurucusu olan Adolf Hitlerin 1945-ci ildə rəsmi olaraq öldüyünü bildirsə də, onun II Dünya Müharibəsindən sonra yaşadığı iddia edilib.
SİVİL.AZ publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi bu iddiaları gücləndirən sənədlər yayımlayıb.
Sənədlərdə nasist diktatorun ölmədiyi və Cənubi Amerikada gizləndiyi göstərilib. Burada, həmçinin, Hitlerin 1955-ci ildə Kolumbiyada çəkilmiş fotosu da yer alıb.
Simelodi-3 kod adlı agent Hitlerin gizli polislərindən birinin diktatorun yaşadığını iddia etdiyini deyib. Filip Sitroen adlı əsgər isə ayda bir dəfə Kolumbiyada Hitlerlə əlaqə saxladığını etiraf edib.
Bomba effekti yaradan bu sənədin 100% orijinal olduğu və MKİ-nin gizli olmayan sənədlərin saxlandığı arxivində qaldığı deyilir.
Hitlerin ölümünün qəribə və sirli tərəfləri olduğu üçün iddiaçılar onun müharibədən sağ çıxdığını və heç vaxt intihar etmədiyini deyirdi. Rəsmi arxivdə isə Qırmızı Ordunun təzyiqi ilə Hitlerin özünü vurması və cəsədinin sovet əsgərləri tərəfindən yandırılması göstərilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər