Elmar Məmmədyarov: Ermənistanın Bakı-Tbilisi-Qars layihəsinə qoşulmasının şərti var

Xəbərin çap versiyası
Tarix: 2-11-2017, 15:30
 Elmar Məmmədyarov: Ermənistanın Bakı-Tbilisi-Qars layihəsinə qoşulmasının şərti var


"Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı əməliyyat şirkəti yaradılacaq. O şirkət hansı məhsulların necə buraxılacağına qərar verəcək".

SİVİL.AZ
-ın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda monteneqrolu həmkarı Srcan Darmanoviclə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Bizim bu layihəyə Ermənistanın qoşulması ilə bağlı şərtimiz odur ki, ilk növbədə münaqişə həll olunmalıdır, qoşunlar işğal olunmuş torpaqlarımızdan çıxarılmalıdır. Daha sonra hər cür imkandan istifadə etmək olar ki, əməkdaşlıq və qonşuluq edək. Azərbaycan heç kəsin torpağını işğal etməyib", - deyə nazir bildirib. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz